Türkiyənin Türk dövlətlərinə ixracatında rekord artım
Dünya
01.08.2025 15:51
Türkiyə ilə Türk dövlətləri arasındakı ticarət əlaqələri sürətlə genişlənir.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.
Bildirilir ki, həm ikitərəfli münasibətlər, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq nəticəsində Türkiyənin türk respublikalarına ixracatı yeni rekord həddə çatıb.
2024-cü ilin ilk 6 ayında Türkiyənin Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstana ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 5 milyard 93 milyon 718 min ABŞ dolları təşkil edib. Bu göstərici, 6 aylıq dövrlər üzrə tarixi rekord hesab olunur.
Qeyd edək ki, 2023-cü ilin ilk yarısında bu rəqəm 4 milyard 983 milyon 480 min dollar idi.
İxracatda ən böyük payı, 1 milyard 510 milyon 122 min dolları Qazaxıstan alıb. Qazaxıstandan sonra 1 milyard 417 milyon dollar və 850 milyard dollara çatan ən yüksək ixracat Azərbaycan olub.
Eyni dövrdə Özbəkistana ixrac 931,604 milyon dollara, Qırğızıstan və Türkmənistana isə müvafiq olaraq 639,373 milyon dollar və 594,769 milyon dollara çatıb.
Türkan İsgəndərli
tag: Türkiyə,Azərbaycan,Qazaxıstan,Ticarət əlaqələri,Todaypress.tv,