Zelenski Çini tənqid etdi
Dünya
24.09.2025 10:26
Zelenski Çin hökumətini sülh üçün fəal addımlar atmamaqda ittiham edib
TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında Çinə müraciət edərək, Pekinin sülhü qorumaq üçün kifayət qədər tədbir görmədiyini bildirib. Zelenskinin sözləri BMT Təhlükəsizlik Şurasının saytında dərc olunub.
Zelenski qeyd edib ki, Çin müharibəni bitirmək istəyirsə, Moskvanı dayandırmağa təsir edə bilər, lakin indiyədək susub və aktiv addımlar atmayıb. Ukrayna lideri əvvəllər də Pekinin Kiyevə dəstək vermədiyini və ölkənin ehtiyac olduğu vaxtlarda yardım göstərmədiyini bildirib.
Xatırladaq ki, may ayında Ukrayna Çini Moskvanın hərbi tədbirlərinə dolayısı ilə dəstək verməkdə ittiham etmişdi.
Jalə Rövşən
tag: Volodimir Zelenski,Çin,Ukrayna-Rusiya,TodayPressTV,
