Türkiyədəki körpünün altından bəzi vasitələrin keçidi qadağan edildi
Dünya
30.08.2025 19:30
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan “Limanlar haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Əsasnamə” Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minib.
TodayPress TV xəbər verir ki, yeni qaydalara əsasən, hava çəkisi (yəni, su xəttindən ən yüksək nöqtəyə qədər olan hündürlüyü) 64 metr və daha artıq olan gəmilər və dəniz nəqliyyatı vasitələri Osmanqazi körpüsünün altından keçə bilməyəcək.
Əgər gəminin hava çəkisi 60 ilə 64 metr arasında olarsa, bu gəmilərin körpünün altından keçidinə dair prosedurlar və tələblər müvafiq qurum – Kocaeli Bölgə Liman Başqanlığı tərəfindən müəyyən ediləcək.
Əsasnaməyə görə, bəzi hallarda – limana daxil olmadan, səfər təlimatını gözləyən, texniki nasazlıq səbəbilə ehtiyat hissə və ya texniki heyət gözləyən, pis hava şəraitindən sığınan, heyət dəyişimi həyata keçirən və ya Liman Başqanlığı tərəfindən üzrlü səbəb kimi qəbul edilən digər hallarda – gəmi və dəniz vasitələri əvvəlcədən Liman Başqanlığına, əgər varsa, Gəmi Hərəkətləri Xidmətləri Mərkəzinə və ya bələdçi xidmətinə radio vasitəsilə məlumat verərək lövbər əmri almadan müəyyən edilmiş sahələrdə lövbər sala biləcək.
Bu gəmilərdən alınacaq rüsumlar isə müvafiq qanunvericiliyə əsasən və müəyyən olunmuş müddət çərçivəsində ödəniləcək.
Əlavə olaraq, bəzi liman başqanlıqlarının ərazi koordinatları da yenidən müəyyən olunub.
Töhfə Səməd