Trampın hərəkətləri birmənalı qarşılanmadı

Dünya

23.05.2025 10:00

ABŞ prezidenti Donald Trampın Cənubi Afrika lideri Siril Ramafosa ilə Ağ Evdə görüşü zamanı göstərdiyi davranış xarici siyasət üzrə ekspertlər arasında narahatlıq yaradıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, prezidentin bu cür davranışı digər ölkə rəhbərlərinin Trampla görüşmək istəklərini azalda bilər. Onun sözlərinə görə, bu, ABŞ üçün mənfi nəticələrə səbəb olacaq.

Belə hallar Çin və Rusiya ABŞ-nin beynəlxalq nüfuzunun azalması kimi qiymətləndirə bilər.

Qeyd edək ki, mayın 22-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşüb. Görüş zamanı Tramp Cənubi Afrikada ağdərili insanların guya soyqırıma məruz qalması ilə bağlı əsassız iddialar səsləndirib.

Cənubi Afrika prezidenti bu sözlərə cavab olaraq Trampı tənqid edib. Ramafosa bildirib ki, Cənubi Afrikada çoxpartiyalı demokratiya var və insanların fikirlərini sərbəst ifadə etməsinə şərait yaradılır. O əlavə edib ki, hökumətin siyasəti Trampın dediklərinə tamamilə ziddir.

Türkan İsgəndərli

tag: Çin,ABŞ,Donald Tramp,Afrika,todaypress.tv,