Türkiyədə zəncirvari qəza - 10 nəfər xəsarət aldı

Türkiyədə zəncirvari  qəza - 10 nəfər xəsarət aldı
18.06.2025 23:50 Dünya

Türkiyədə zəncirvari yol qəzasında bir neçə nəfər xəsarət alıb.

TodayPress TV yerli mətbuata istinadən xəbər verir ki, hadisə Qaziantep şəhərində qeydə alınıb.

Minik avtomobili ilə fabrik işçilərini daşıyan iki mikroavtobusun toqquşması nəticəsində 10 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, yol qəzasına minik avtomobilinin mikroavtobusların hərəkət xəttinə çıxması səbəb olub.

Qəza ilə bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər