Türkiyədə illik inflyasiya yavaşlayır

Dünya

03.06.2025 15:19

May ayında Türkiədə inflyasiya aylıq olaraq 1,53% artıb. Lakin illik inflyasiya tempi azalmağa davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət statistika qurumu məlumat yayıb.

Bildirilib ki, apreldə 37,86% olan göstərici mayda 35,41%-ə düşüb. Ən çox qiymət artımı may ayında alkoqol və tütün məhsullarında (6,97%), geyim və ayaqqabılarda (2,99%) və nəqliyyatda (2,66%) müşahidə olunub.

İllik artım baxımından ən yüksək qiymət artışı təhsil (71,67%), mənzil (67,43%) və səhiyyə (40,12%) sahələrində qeydə alınıb. Ərzaq, içki, nəqliyyat və otel qiymətləri isə 26-36% arası artıb.

Müstəqil iqtisadçılardan ibarət bir qrup isə may ayında aylıq inflyasiyanı 3,66%, illik göstəricini isə 71,23% hesablayıb.

Qeyd edək ki, aprel ayında Mərkəzi Bank əsas faiz dərəcəsini 42,5%-dən 46%-ə qaldırıb. Bu qərar gözlənilməz olub, çünki əvvəlcədən dəyişiklik gözlənilmirdi. Həmin vaxt inflyasiya 38,1% səviyyəsində olub.

Türkan İsgəndərli

tag: Türkiyə,İnflyasiya,Lirə,Pul,todaypress.tv,