Trampın səbri daşdı - "Öz adamları"nı hədəf aldı

Trampın səbri daşdı - "Öz adamları"nı hədəf aldı
15.09.2026 18:20 Dünya

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin onun poçtla səsvermə qaydası ilə bağlı qərarından sonra məhkəməni və vaxtilə özü tərəfindən təyin edilən üç hakimi sərt tənqid edib.

TodayPress TV  "Axios"a istinadən xəbər verir ki, Tramp "Truth Social" hesabında Ali Məhkəmənin son qərarlarını tənqid edərək hakimlərin artıq onun onları vəzifəyə namizəd göstərdiyi vaxtdakı mövqelərini əks etdirmədiyini bildirib. 

“Bunlar mənim ABŞ Ali Məhkəməsində işləmək üçün müsahibə verdiyim insanlar deyil”, - Tramp yazıb. 

Prezident məhkəmənin bu il onun administrasiyasının bir sıra siyasətləri ilə bağlı çıxardığı qərarları da tənqid edib. O, xüsusilə poçtla səsvermə qaydası, doğum hüququ əsasında vətəndaşlıq və tariflərlə bağlı qərarları sərt şəkildə pisləyib.

Tramp Ali Məhkəmənin ölkəyə trilyonlarla dollara başa gələn “şok edici dərəcədə pis qərarlar” qəbul etdiyini və məhkəmənin tarixə ABŞ üçün ən dağıdıcı qərarlar qəbul edən qurumlardan biri kimi düşəcəyini bildirib.

ABŞ Prezidenti adlarını çəkmədən özünün təyin etdiyi Neil Gorsuch, Brett Kavanaugh və Amy Coney Barrettin mövqelərini də tənqid edib. Eyni zamanda poçtla səsvermə qərarına qarşı çıxan hakimlər Samuel Alito və Clarence Thoması açıq şəkildə dəstəkləyib.

Qeyd edək ki, Trampın Ali Məhkəməyə təyin etdiyi Gorsuch, Kavanaugh və Barrett məhkəmənin mühafizəkar qanadında yer alırlar.

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər