Trampın Qəzza Planı 8 ölkədən dəstək aldı
Dünya
05.10.2025 16:35
ABŞ Prezidenti Donald Trampın hazırladığı Qəzza Planı üçün İsrail və HƏMAS arasında danışıqlar başlayır.
TodayPress TV xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Bildirilir ki, görüşlərdə ABŞ rəsmiləri də iştirak edəcək və toplantıdan əvvəl Türkiyə də daxil olmaqla səkkiz ölkə birgə bəyanat yayıb.
Bu görüşlə bağlı Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Misir xarici işlər nazirləri ortaq bəyanat dərc ediblər. Bəyanatda deyilir:
“HƏMAS-ın bütün girovların azad edilməsi və tətbiq mexanizmlərinə dair danışıqların dərhal başlanması ilə bağlı atdığı addımları məmnunluqla qarşılayırıq.
ABŞ Prezidenti Donald Trampın İsrailə yönəlik “bombardımanları dərhal dayandırmaq və mübadilə razılaşmasının icrasına başlamaq” çağırışını da alqışlayırıq.
HƏMAS-ın Qəzzanın idarəsini müstəqil texnokratlardan ibarət müvəqqəti Fələstin İdarə Komitəsinə təhvil verməyə hazır olduğunu bəyan etməsi də məmnuniyyət doğurur”.
tag: HƏMAS,ABŞ,Atəşkəs,Girov,Todaypress.tv,
