Trampın dövründə ABŞ-yə olan rəğbət səviyyəsi aşağı düşür

Dünya

02.06.2025 17:44

Amerika prezidenti Donald Trampın ticarət siyasəti və tarif qərarları nəticəsində ABŞ-nin qlobal reytinqi aşağı düşüb, Çin isə bir sıra ölkələrdə daha müsbət qəbul olunmağa başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı 41 ölkədə aparılan beynəlxalq sorğuya istinadla məlumat yayıb.

Sorğuda iştirak edən ölkələrin əksəriyyəti ABŞ-yə münasibətdə mənfi dəyişiklik qeyd edib. Eyni zamanda, Çin Xalq Respublikasına münasibət müsbət istiqamətdə dəyişib.

Bildirilir ki, Trampın tarif siyasəti ilə bağlı açıqlamalarından sonra, xüsusilə mart ayından başlayaraq Çinin imicində nəzərəçarpacaq artım müşahidə olunub. Mayın sonunda ABŞ-nin ümumi reytinqi mənfi 1,5 bal, Çinin isə 8,8 bal olub.

Xatırladaq ki, Donald Tramp 2025-ci il yanvarın 20-də yenidən ABŞ prezidenti kimi vəzifəyə başlayıb. O, sələfi Cozef Baydenin 78 icra əmrini ilk gün ləğv edərək, yeni kurs elan edib və Ukrayna münaqişəsini dayandırmağı, həmçinin III Dünya Müharibəsinin qarşısını almağı vəd edib.

Türkan İsgəndərli

tag: ABŞ,Çin,Tramp,Si Cinpin,todaypress.tv,