Qəzzadakı girovlardan xəbər var

Dünya

06.07.2025 19:12

İsrail prezidenti İsaak Hersoq Qəzza zolağında girovların azad edilməsi üçün çətin qərarlar qəbul edilə biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, "Jerusalem Post" yazıb

"İsrailin Baş nazirinin Vaşinqtona səfəri girov qardaşlarımızın azad edilməsinə dair razılaşmanın əldə olunmasına yönəlmiş mühüm missiyadır. Bu tapşırığı yerinə yetirmək bizim ən yüksək mənəvi borcumuzdur. Mən bu səyləri tam dəstəkləyirəm - hətta çətin, mürəkkəb və ağrılı qərarları ehtiva etsələr belə", - İsrail prezidenti bildirib.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanın şərtlərini  və danışıqlar üçün Dohaya nümayəndə heyəti göndərib-göndərməmək məsələsini  müzakirə etmək üçün təhlükəsizlik kabinetini toplayıb. İsrail rəsmiləri Fələstinin  HƏMAS hərəkatının Qətər və ABŞ-nin təzyiqi altında tələblərini yumşalddığını bildirib. 

Nicat Osman

tag: İsrail ,HƏMAS,Girovlar,Netanyahu,TodayPress TV,