Trampdan Makrona sərt cavab

Trampdan Makrona sərt cavab
17.06.2025 10:09 Dünya

ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun onun G7 sammitini tərk etməsi ilə bağlı dediklərinə sərt reaksiya verib. 

TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Makron yalanla onun İsrail və İran arasında atəşkəs üçün Vaşinqtona getdiyini bildirib.

"Vaşinqtona səfərimin atəşkəslə heç bir əlaqəsi yoxdur. Makron tez-tez səhv edir", - o bildirib.

Qeyd edək ki, Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin G7 sammiti çərçivəsində görüşəcəyi gözlənilir. Sammit Kanadanın Kananaskis şəhərində iyunun 15-dən 17-dək keçirilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər