Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsin işi üzrə yeni tarix müəyyənləşdi

Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsin işi üzrə yeni tarix müəyyənləşdi
20.08.2026 20:52 Dünya

Vaşinqton məhkəməsi ABŞ Prezidenti Donald Trampa sui-qəsdə cəhd etməkdə ittiham olunan Koul Tomas Allenin işi üzrə növbəti məhkəmə iclasını oktyabrın 5-nə təyin edib.

TodayPress TV xəbər verir ki, bu barədə “NewsNation” telekanalı məlumat yayıb.

Xatırladaq ki, atışma hadisəsi aprelin 25-də ABŞ paytaxtında Ağ Evdə akkreditə olunmuş müxbirlər assosiasiyasının illik qəbulunun keçirildiyi “Washington Hilton” hotelində baş verib. Qəbulda Tramp və vitse-prezident Cey Di Vens də daxil olmaqla, Amerika administrasiyasının bütün rəhbər şəxsləri iştirak edib. Atəş açan şəxs saxlanılıb və onun 31 yaşlı Allen olduğu müəyyənləşdirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər