Tramp və ailəsinin sərvəti kəskin artdı

Dünya

01.01.2026 14:18

ABŞ Prezidenti Donald Tramp və ailəsinin sərvəti 1,5 ildən az müddətdə təxminən 70% artaraq 6,8 milyard dollara çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

Bildirilib ki, 2025-ci ildə dünyanın ən varlı 500 nəfərinin ümumi sərvəti rekord həddə – 2,2 trilyon dollar artıb. Bu artıma səhmlərdən kriptovalyutalara və qiymətli metallara qədər bazarların sürətli yüksəlişi səbəb olub. 

Məlumata görə, sözügedən şəxslərin ümumi sərvəti 11,9 trilyon dollara çatıb və bu proses Donald Trampın 2024-cü ildə keçirilən prezident seçkilərində qələbəsindən sonra daha da sürətlənib. 

Qeyd olunur ki, yalnız aprel ayında tariflərlə bağlı narahatlıqlar fonunda bazarlarda qısa müddətli geriləmə müşahidə edilib və bu eniş pandemiyanın başlanğıcından bəri sərvətdə ən böyük birgünlük azalmaya səbəb olub.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Tramp,Ailə ,Büdcə,Todaypress.tv,