Tramp Ukraynaya daha çox silah göndərmək istəyir

Dünya

09.07.2025 11:58

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetinə danışan mənbələr məlumat verib.

Nəşrin yazdığına görə, Ağ Ev artıq Pentaqondan əlavə silah tədarükü, o cümlədən “Patriot” sistemi üzrə təkliflər istəyib. Bu qərar təsdiqlənərsə, Tramp administrasiyası ilk dəfə olaraq əvvəlki prezident Cozef Bayden dövründə müəyyən edilən limiti aşaraq Kiyevə ağır silah sistemi göndərmiş olacaq.

Digər mənbələr bildirib ki, ABŞ həmçinin digər müttəfiq ölkələr tərəfindən də Ukraynaya “Patriot” komplekslərinin verilməsini nəzərdən keçirir.

Lakin Vaşinqton və tərəfdaşların mövcud ehtiyatları məhdud olduğu üçün bu məsələdə çətinliklər mövcuddur. ABŞ hazırda tədarük imkanlarının həddindən artıq gərginləşməsi səbəbilə öz arsenalını təcili şəkildə bərpa etməyə çalışır.

Qiymət Mahir

tag: Vaşinqton ,ABŞ ,Ağ Ev, Pentaqon,Todaypress.tv,