Qətər razılığa gəlmək üçün Həmas və İsraillə işləyir
Dünya
15.07.2025 15:25
Qətər və Misir vasitəçiləri, Qəzza zolağında atəşkəsə nail olmaq məqsədilə İsrail və Həmas nümayəndələri ilə danışıqların növbəti mərhələyə keçməsini təmin edəcək çərçivə sazişi üzərində məsləhətləşmələri davam etdirirlər.
TodayPress TV xəbər verir ki, bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, danışıqlar hələlik birinci mərhələdədir və əsas məqsəd prinsipial razılaşmalara nail olmaqdır. XİN nümayəndəsi əlavə edib ki, hazırda vasitəçilər tərəflər arasında çərçivə razılaşması əldə etməyə çalışırlar ki, bu da dolayı danışıqların başlanması üçün əsas rolunu oynayacaq.
Diplomat qeyd edib ki, ikinci mərhələnin sonunda rəsmi atəşkəs sazişi gözlənilir, daha sonra isə uzunmüddətli sülh üçün addımlar atılacaq.
Türkan İsgəndərli
tag: Macarıstan,Aİ,Orban,Sanksiya,Todaypress.tv,