Lavrov: “Aİ yeni çoxqütblü dünyada əhəmiyyətli güc mərkəzi sayılmır”
Dünya
24.06.2025 13:18
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa İttifaqı (Aİ) mövcud vəziyyətində qlobal miqyasda ciddi təklif irəli sürə bilmir və formalaşmaqda olan çoxqütblü dünya düzənində önəmli güc mərkəzi kimi qəbul edilmir.
TodayPress TV xəbər verir ki, o, bu fikirləri Moskvada keçirilən XI Beynəlxalq Elmi-Ekspert Forumunda səsləndirib.
Nazirin sözlərinə görə, Avropa tarixdə növbəti dəfə yeni böyük bir müharibənin alovlanmasına səbəb olur.
“Aİ dünya siyasətində marginallaşdığı bir şəraitdə ciddi heç nə təklif edə bilmir. Biz bunu aydın şəkildə müşahidə edirik. Bu səbəbdən İttifaq hazırkı mərhələdə obyektiv olaraq formalaşan çoxqütblü dünya sistemində əhəmiyyətli qütblərdən biri kimi görünmür”, - deyə Lavrov vurğulayıb.
Töhfə Səməd
tag: Rusiya ,XİN,Sergey Lavrov,Avropa İttifaqı,Todaypress.tv,