Tramp Rusiyaya təzyiq göstərmək istəmir

Dünya

27.05.2025 09:30

3

ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etmək üçün kənar təzyiqlərə qarşı çıxır. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilir ki, Trampın bu mövqeyinin üç əsas səbəbi var. Birincisi, Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı mənfi münasibət bəsləyir və onun çıxışlarını münaqişənin gərginləşməsinə səbəb kimi görür. 

İkincisi, Tramp Rusiyaya qarşı sanksiyaların faydasız olduğunu düşünür. O hesab edir ki, sanksiyalar Moskvanın hərbi imkanlarını məhdudlaşdırmayacaq, əksinə, ABŞ-Rusiya iqtisadi münasibətlərinin bərpasını çətinləşdirəcək.

Üçüncü səbəb isə Trampın Vladimir Putinə olan inamıdır. O, Rusiya prezidentinin şəxsi təşəbbüsü ilə münaqişəyə son qoya biləcəyinə inanır.

Türkan İsgəndərli

tag: Donald Tramp,Ukrayna,ABŞ,Zelenski,todaypress.tv,