Ərdoğan: "NATO sammiti Türkiyədə keçiriləcək"
Dünya
26.06.2025 17:30
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, sammitdə əsas müzakirə mövzularından biri müdafiə xərclərinin artırılması olub.
TodayPress TV xəbər verir ki, bu barədə o, NATO Zirvəsindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, NATO ölkələri müdafiə büdcələrinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırılması barədə razılığa gəliblər və Türkiyə bu hədəfə ən yaxın ölkələrdən biridir.
Prezident, NATO-ya üzv olmayan ölkələrin də Avropa Birliyinin təhlükəsizlik təşəbbüslərində iştirak etməsinin vacibliyini vurğulayıb.
Qəzzadakı vəziyyətə toxunan prezident İsrailin hərbi əməliyyatlarını “soyqırım” adlandırıb və bu məsələnin də zirvədə gündəmdə olduğunu bildirib. O, İsrailin təhlükəsizliyinin yalnız bölgədəki sabitliklə mümkün ola biləcəyini vurğulayıb.
Ərdoğan onu da açıqlayıb ki, NATO 2026-cı ildə keçiriləcək növbəti sammitə Türkiyənin ev sahibliyi etməsi təklifini qəbul edib.
Türkan İsgəndərli
tag: Türkiyə,Ərdoğan,NATO,Büdcə,Todaypress.tv,