Tramp NATO-nun sammitində iştirak edəcəyini təsdiqlədi

Tramp NATO-nun sammitində iştirak edəcəyini təsdiqlədi
18.06.2025 20:30 Dünya

ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Bəli, mən gedəcəyəm. Düşünürəm ki, gedəcəyəm”, - deyə ABŞ lideri qeyd edib.

Məlumata görə, 24–25 iyun tarixlərində keçiriləcək tədbirdə 45-dən çox dövlət və hökümət başçısının, habelə 45 xarici işlər və müdafiə nazirinin iştirakı gözlənilir.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər