Tramp "Intel" rəhbərinin istefasını tələb edir

Tramp "Intel" rəhbərinin istefasını tələb edir
07.08.2025 17:22 Dünya

ABŞ Prezidenti Donald Tramp “Intel” texnologiya korporasiyasının baş direktoru Lip-Bu Tanın dərhal istefa verməsini tələb edib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb:

“Intel"in baş direktoru ciddi maraq toqquşması vəziyyətindədir və dərhal istefa verməlidir. Bu problemin başqa həlli yoxdur",  – deyə o bildirib.

“Axios” portalının məlumatına görə, Trampın bu çağırışı Lip-Bu Tanın Çin Kommunist Partiyası ilə əməkdaşlıq edən bəzi Çin şirkətləri ilə iddia edilən əlaqələri ilə bağlı narahatlıqdan irəli gəlir.

Lip-Bu Tan “Intel”in baş direktoru vəzifəsinə 2025-ci ildə təyin edilib. O, vəzifəsini 2024-cü ilin dekabrında maliyyə göstəricilərinin pisləşməsi və digər yarımkeçirici istehsalçıları ilə sərtləşən rəqabət fonunda istefa verən Pet Gelsingerdən təhvil almışdı.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər