Tramp: "ABŞ İranla sülh razılaşması əldə etmək istəyir"

Dünya

13.10.2025 16:54

ABŞ Prezidenti Donald Tramp İsraillə birlikdə İranın uran zənginləşdirmə obyektlərinə endirilən zərbələrdən sonra Tehranla sülh razılaşması əldə etmək niyyətində olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Tramp İsrail parlamentində keçirdiyi brifinqdə İranla sülh razılaşması əldə etmək istədiyini deyib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail “Şir kimi xalq” əməliyyatı çərçivəsində İranın nüvə və hərbi obyektlərinə hücum edib. Tehranın nüvə silahı hazırlamağa yaxınlaşdığını əsas gətirən İsrail rəsmiləri zərbələri “önləyici addım” kimi qiymətləndiriblər.

İran həmin gün cavab olaraq İsrailə yüzlərlə ballistik raket atıb. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İranın əsas nüvə obyektləri – Natanz, Fordo və İsfahan üzərinə zərbələr endirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,ABŞ,Sülh,Danışıq,Todaypress.tv,