Şimali Koreya yeni qitələrarası ballistik raketi təqdim etdi

Dünya

11.10.2025 15:30

Şimali Koreya (KXDR) yeni qitələrarası ballistik raket – “Hwasong-20”-ni təqdim edib.

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, Raket hakim Koreya Fəhlə Partiyasının 80 illiyinə həsr olunmuş hərbi paradda nümayiş etdirilib.

Tədbirdə Kim Çen In, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, eləcə də Çin, Rusiya və Vyetnamdan rəsmilər iştirak ediblər.

Analitiklər Şimali Koreyanın yeni raketi yaxın günlərdə sınaqdan keçirə biləcəyini bildiriblər.

Xatırladaq ki, bundan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin də yeni silahların sınaq mərhələsində olduğunu açıqlamışdı. Kim Çen In isə Rusiyaya “güclü dəstəyini” davam etdirəcəyini vurğulayıb.

Jalə Rövşən

TodayPress TV

tag: Şimali Koreya,Qitələrarası ballistik raket,Koreya Fəhlə Partiyası, Kim Çen In,Todaypress.tv,