“The Economist”: Ukrayna Rusiyanı vurmaq üçün “Flamingo”lardan istifadə etməyə başlayıb

Dünya

06.10.2025 14:04

Rusiya ərazisinə endirilən dərin zərbələrin təxminən 60%-i Ukrayna pilotsuz təyyarələri tərəfindən həyata keçirilir. Onlar Rusiyadan 1500 km məsafədəki hədəflərə çata bilirlər. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Economist” yazıb. 

Nəşrin məlumatına görə, “Fire Point FP-1” pilotsuz təyyarələri ilk növbədə Rusiya ərazisinə dərin zərbələr endirmək gücünə malikdirlər. Bununla belə, daha kiçik yüklə onlar 1500 km məsafədəki hədəflərə çata bilirlər. Onlar həmçinin mürəkkəb proqram təminatına malikdirlər.  

FP-1-in qiyməti təxminən 55 min dollardır və hazırda gündə 100 ədəddən çox istehsal olunur. 

FP-5 “Flamingo” qanadlı raketlərindən də istifadə edildiyi bildirilir. Onların pilotsuz təyyarələrdən daha sürətli olduğu, yerdən cəmi 50 metr hündürlükdə uçduğu və 3000 km-dən çox məsafə qət etdikləri qeyd edilir. Onlar 1150 kq döyüş başlığı ilə zərbə endirirlər.

Nəşr hesab edir ki, FP-5 “Flamingo” Rusiyanın hava hücumundan müdafiə sistemlərinə nüfuz edə biləcəyini sübut etsə, bu, Ukraynanın “dərin zərbə” kampaniyasını yeni dağıdıcı güc səviyyəsinə çıxaracaq. 

FP-5-in sovet dövründən təkrar emal edilmiş turbojet  mühərriklərindən istifadə etdiyi məlumdur və onun karbon lifli gövdəsi cəmi altı saat ərzində hazırlana bilər.  

Xatırladaq ki, daha əvvəl KİV-lər Ukraynanın FP-5 “Flamingo” qanadlı raketlərinin seriyalı istehsalına başladığı barədə məlumat vermişdilər.

Nicat Osman

TodayPress TV

tag: Rusiya,Ukrayna,Pua,Zərbə,Todaypress.tv,