Təhlükə kosmosdan Yerə yaxınlaşır

Dünya

27.05.2025 19:00

4

Braziliyalı tədqiqatçılar müəyyən ediblər ki, Venera ətrafında fırlanan bəzi asteroidlər gələcəkdə Yerə yaxınlaşaraq potensial təhlükə yarada bilər.

TodayPress TV xəbər verir ki, araşdırma "arXiv" platformasında dərc olunub.

Hazırda cəmi 20 belə asteroid məlumdur.

Onların çoxu qeyri-sabit, çətin izlənən trayektoriyalara malikdir və Yerdən müşahidə olunmaları çətindir.

Alimlər yüzlərlə hipotetik asteroidin hərəkətini modelləşdirib və 36.000 il müddətinə onların trayektoriyalarını izləyiblər. Nəticədə bəzi obyektlərin Yerin orbitini keçdiyi və potensial təhlükəli sayıldığı müəyyən olunub.

Tədqiqatçılar hesab edirlər ki, bu “görünməz” asteroidləri aşkarlamaq üçün yalnız Yer üzərindəki teleskoplar kifayət deyil. Onlar Venera yaxınlığına və ya Günəşlə Yer arasında yerləşən L1 nöqtəsinə xüsusi kosmik missiya göndərməyi təklif edirlər.

Türkan İsgəndərli

tag: Venera,Günəş,Yer,Asteroid,todaypress.tv,