Tamaşaçıların gözü qarşısında qəzaya uğrayan qırıcıda iki pilot öldü

Tamaşaçıların gözü qarşısında qəzaya uğrayan qırıcıda iki pilot öldü
05.09.2026 21:01 Dünya

Yunanıstanda aviaşou zamanı F-4 “Phantom” qırıcısının qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

TodayPress TV xəbər verir ki, hadisə Afina şəhərindən təxminən 50 kilometr şimalda yerləşən Tanagra aviabazasında, 2012-ci ildən keçirilən beynəlxalq “Athens Flying Week” aviaşousu zamanı baş verib.

Məlumata görə, tədbirdə ABŞ, İspaniya və Fransa da daxil olmaqla müxtəlif ölkələrdən nümayiş qrupları iştirak edir.

Amerika istehsalı olan F-4E “Phantom II” qırıcı-bombardmançıları 1974-cü ildən Yunanıstan Hərbi Hava Qüvvələrinin silahlanmasındadır. 2000-ci illərin əvvəllərində Yunanıstanın F-4 təyyarələri “Peace Icarus 2000” proqramı çərçivəsində modernləşdirilib.

Bu təyyarələrin 2028-ci ildə silahlanmadan çıxarılması planlaşdırılırdı.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər