Tailand qırıcıları Kamboca ordusunun mövqelərinə hava zərbələri endirdi
Tailand Hərbi Hava Qüvvələri sərhəd bölgələrində Kamboca silahlı qüvvələrinin mövqelərinə hava zərbələri endirmək üçün “F-16” qırıcılarından istifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Bildirilib ki, “Preah Vihear”, “Ta Muen Thom” və “Phu Makua” məbəd komplekslərinin yaxınlığındakı hədəflərə zərbələr endirilib.
Bu, Kambocanın Tailanddakı evlərə və xəstəxanalara ağır silahlarla hücumuna cavab olaraq həyata keçirilib.
Departament qeyd edib ki, bütün döyüşçülər missiyanı başa vurduqdan sonra təhlükəsiz şəkildə öz bazalarına qayıdıblar.
Aysel Mətləb