Tailand əsir götürdüyü Kamboca əsgərlərini azad etdi
Dünya
31.12.2025 13:21
Tailand hökuməti iyul ayında baş verən silahlı qarşıdurma zamanı əsir götürülən Kamboca hərbçilərini azad edib.
TodayPress TV xəbər verir ki, bu barədə Kambocanın informasiya naziri “AFP” xəbər agentliyinə açıqlamasında məlumat verib.
O, Tailandın iki ölkə arasında yay aylarında baş vermiş silahlı münaqişə zamanı əsir götürdüyü 18 Kamboca əsgərini azad etdiyini bildirib. Nazir qeyd edib ki, əsgərlər Tailand hökuməti tərəfindən geri qaytarılıb.
Məlumata görə, Tailand Xarici İşlər Nazirliyi də bu informasiyanı rəsmi şəkildə təsdiqləyib. Nazirliyin açıqlamasında vurğulanıb ki, Kamboca əsgərlərinin azad edilməsi xoşməramlılıq və qarşılıqlı etimadın gücləndirilməsi jesti kimi həyata keçirilib.
Xatırladaq ki, ilin sonuna yaxın Tailand ilə Kamboca arasındakı sərhəd gərginliyi yenidən silahlı qarşıdurmaya çevrilib. Bununla belə, tərəflər yeni atəşkəs razılaşmasına nail olublar və hazırda vəziyyətin sabitləşdirilməsi istiqamətində addımlar atılır.
Aysel Mətləb
tag: Tailand,Kamboca,Əsir,Mübadilə,Todaypress.tv,
