Süd Yolundakı qaranlıq maddənin forması müəyyən edildi
Dünya
20.10.2025 19:15
Beynəlxalq alimlər qrupu aşkar edib ki, Süd Yolundakı qaranlıq maddə sferik deyil, daha çox düz və asimmetrik şəkildə paylanıb.
TodayPress TV xəbər verir ki, bu kəşf qalaktika mərkəzindən gələn güclü qamma şüalarının mənşəyini izah etməyə kömək edə bilər.
Əvvəllər "FERMI" teleskopu Qalaktika mərkəzindən gözləniləndən çox qamma şüası aşkar edib. Lakin alimlər bunun səbəbini tam anlaya bilmirdilər. İndi aparılan yeni simulyasiyalar göstərib ki, qaranlıq maddə qalaktikanın mərkəzində ulduz diskinə bənzər şəkildə düz paylanır.
Bu nəticə qamma şüalarının qaranlıq maddə hissəciklərinin qarşılıqlı məhvi nəticəsində yarana biləcəyini göstərir.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf qaranlıq maddənin təbiətini anlamaq və onu müşahidə etmək istiqamətində mühüm addımdır.
Türkan İsgəndərli
tag: Süd yolu,Qalaktika,Ulduz,Alim,Todaypress.tv,
