Sinqapur boğazında pirat hücumları kəskin artdı
Dünya
03.01.2026 14:10
2025-ci ildə Sinqapur boğazında gəmilərə qarşı pirat hücumlarının sayı kəskin artıb.
TodayPress TV xəbər verir ki, Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Dənizçilik Bürosunun məlumatına əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında Sinqapur boğazında dəniz gəmilərinə hücumla bağlı 73 hadisə qeydə alınıb.
Bu, son 30 ildən çox müddətdə müşahidə olunan ən yüksək göstəricidir.
Bildirilib ki, 2024-cü ilin eyni dövründə bu cür hadisələrin sayı cəmi 28 olub. Mütəxəssislər hücumların gəmilərin təhlükəsizliyinə ciddi risk yaratdığını, toqquşma və ya batma ehtimalını artıra biləcəyini qeyd edirlər.
Qeyd olunur ki, Sinqapur boğazında fəaliyyət göstərən piratlar əsasən soyğunçuluqla məşğul olur və heyət üzvlərinə fiziki zərər yetirmirlər. Həyəcan siqnalı verildikdən sonra isə ərazidən uzaqlaşırlar.
Sinqapur boğazı Cənubi Çin dənizi ilə Malakka boğazını birləşdirən və qlobal ticarət üçün strateji əhəmiyyət daşıyan əsas dəniz yollarından biridir. Bu boğazdan hər gün mindən çox gəmi keçir.
Jalə Rövşən
tag: Pirat,Sinqapur,Beynəlxalq Ticarət Palatası,Cənubi Çin dənizi ,Todaypress.tv,
