Sürücülərə XƏBƏRDARLIQ: Bakının əsas yollarından biri bağlanacaq

Sürücülərə XƏBƏRDARLIQ: Bakının əsas yollarından biri bağlanacaq
09.07.2026 21:19 Cəmiyyət

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət iyulun 10-u saat 22:00-dan iyulun 11-i saat 07:00-dək, həmçinin iyulun 11-i saat 22:00-dan iyulun 12-si saat 07:00-dək qüvvədə olacaq.

Sürücülərə yaranacaq müvəqqəti narahatlığı nəzərə alaraq anlayış göstərmələri və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər