Şimali Koreyada hərbi gəminin uğursuz buraxılışına görə 4 vəzifəli şəxs həbs edildi

Dünya

27.05.2025 11:36

3

Şimali Koreyada ötən həftə Çoncin liman şəhərində yeni hərbi gəminin uğursuz buraxılışı ilə bağlı 4 vəzifəli şəxs saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Rodong Sinmun" qəzeti məlumat yayıb.

Məsələ ilə bağlı nəşr yazır ki, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Hərbi Sənaye İdarəsinin sədr müavini Ri Hyon Son baş vermiş “ciddi qəza”ya görə məsuliyyət daşıdığı üçün saxlanılıb.

Qəzet daha əvvəl Çoncin Gəmiqayırma Zavodunun Baş mühəndisi Kan Con Çol, korpus istehsalat sexinin rəhbəri Han Kyong Hak və inzibati işlər üzrə müavin Kim Yonq Hakin də məsuliyyətə cəlb edildiyini bildirmişdi.

Qeyd edək ki, analitiklərin dəyərləndirməsinə görə, baş verən hadisə nəticəsində 5 min tonluq esmines ciddi ziyan görüb.

Şimali Koreya lideri Kim Çen In hadisəni “cinayət xarakterli hərəkət” kimi qiymətləndirərək ictimai tənqidlə çıxış edib.

Töhfə Səməd

tag: Şimali Koreya,Çoncin,Liman,Gəmi,Kim Çen In ,todaypress.tv,