Şimali Koreadan qaçan qadın Kim Çen Ini məhkəməyə verir
Dünya
10.07.2025 15:32
Şimali Koreadan Çinə qaçdıqdan sonra Cənubi Koreyayə sığınan qadın Şimali Koreya lideri Kim Çen Ina qarşı Seul məhkəməsində məhkəmə iddiası qaldırmağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “Şimali Kore İnsan Haqları Məlumat Mərkəzi” (NKDB) adlı qeyri-hökumət təşkilatı açıqlama yayıb.
Məlumata görə, adı Choi olaraq təqdim edilən qadın 1997-ci ildə Çinə qaçıb, lakin 2008-ci ildə Şimali Koreyaya geri göndərilib. NKDB-nin iddiasına görə, Choi Şimali Koreyada beş ay ərzində müxtəlif təcridxanalarda fiziki və cinsi zorakılığa məruz qalıb, aclıq çəkib və tibbi yardımdan məhrum edilib.
Qadının Seul Mərkəzi Rayon Məhkəməsinə müraciət edəcəyi və Mərkəzi Rayon Prokurorluğuna cinayət işi ilə bağlı şikayət təqdim edəcəyi bildirilib. Açıqlamada qeyd olunur ki, bu, Şimali Koreyada doğulan və oradan qaçan bir şəxsin Cənubi Koreya məhkəməsində Şimali Koreya liderinə qarşı açdığı ilk hüquqi proses olacaq.
Qiymət Mahir
tag: Şimali Koreya,Cənubi Koreya,Çin,Məhkəmə,Todaypress.tv,