Ərdoğan: "ŞKTR-in suverenlik hüququnu müdafiəyə davam edəcəyik"
Dünya
19.10.2025 22:28
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi olmayan nəticələrə görə Şimali Kipr Türk Respublikasının prezidenti seçilən Tufan Erhürmanı təbrik edib.
TodayPress TV xəbər verir ki, Ərdoğan paylaşımında bundan sonra da Şimali Kipr Türk Respublikasına dəstək verməyə davam edəcəyini vurğulayıb:
“Bu gün Şimali Kipr Türk Respublikasında keçirilən seçkilərdə rəsmi olmayan nəticələrə görə prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm.
Şimali Kipr Türk Respublikasının sahib olduğu demokratik yetkinliyi bir daha göstərən, Kipr türkü qardaşlarımızın iradəsini sandığa əks etdirdiyi bu seçkinin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram.Türkiyə olaraq Şimali Kipr Türk Respublikasının suverenlik hüquqlarını və maraqlarını Kipr türkü qardaşlarımızla birlikdə hər cür platformada müdafiə etməyə davam edəcəyik”.
tag: Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Şimali Kipr Türk Respublikası,Tufan Erhürman,Todaypress.tv,
