Pezeşkianın oğlu atasına yönələn tənqidlərə cavab verdi
Dünya
22.10.2025 13:46
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasına yönələn tənqidlərə cavab verib.
TodayPress TV xəbər verir ki, Yusif Pezeşkian bu barədə Teleqram kanalında açıqlama yayıb.
O bildirib ki, ölkədəki problemləri etiraf etmək islahatların başlanğıcıdır və prezident bu məsələdə dürüstlük göstərir.
"Pezeşkianın planı və gələcəyə baxışı var, ümidlidir, amma ideyaları ictimaiyyətə düzgün çatdırılmır. Prezidentin intellektual yanaşması tənqidçilərin baxışından fərqlidir. Problemlərin həlli üçün hökumət, parlament, məhkəmə, dini qurumlar və xalqın iştirakı vacibdir. Eyni üsulları təkrar etməklə yeni nəticə əldə etmək olmaz. Hərəkət yaratmaq üçün bəzən sistemin bəzi hissələrini silkələmək lazımdır”, – deyə oğlu qeyd edib.
Jalə Rövşən
tag: Məsud Pezeşkian,Yusif Pezeşkian,Açıqlama,Təzyiq,Todaypress.tv,
