Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir

Dünya

19.10.2025 11:30

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçkiləri keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə  "Haber Global" məlumat yayıb.

Məlumata görə, vətəndaşlar səsverməyə səhər saat 8:00-da başlayıblar və axşam saat 18:00-a qədər səs verə biləcəklər.

Seçki üçün ümumilikdə 777 məntəqə yaradılıb. 218 min 313 seçicinin olduğu ölkədə prezident seçilmək üçün namizəd etibarlı səslərin sadə əksəriyyətini – yəni 50% + 1% səs toplamalıdır.

Əgər birinci turda heç bir namizəd bu nəticəni əldə etməzsə, ən çox səs toplayan iki namizəd yeddi gün ərzində keçiriləcək ikinci turda mübarizəni davam etdirəcək. İkinci turda qalib gələn namizəd prezident seçiləcək.

Seçkidə beşi müstəqil olmaqla yeddi namizəd iştirak edir. Hazırkı prezident Ersin Tatar bu dəfə seçkilərə müstəqil namizəd kimi qatılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Kipr,Seçki,Prezident,Səs,Todaypress.tv,