Məktəbli ChatGPT-yə verdiyi suala görə həbs olundu

Dünya

05.10.2025 22:15

Floridada məktəbli ChatGPT-dən dostunu öldürmək üçün kömək istədiyinə görə həbs olunub.

TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, ABŞ-nin Florida Ştatında şagird ChatGPT-dən dostunu öldürmək üçün kömək istədiyinə görə saxlanılıb.

Bu barədə şerifin ofisi "Facebook"da məlumat yayıb.

Məlumata görə, 13 yaşlı İan Franko dərs zamanı süni intellektdən dostundan necə qurtula biləcəyini soruşub. Onun bu davranışından xəbər tutan məktəbin direktor müavini dərhal polisə müraciət edib.

Şerifin ofisinin açıqlamasına əsasən, yeniyetmə ifadəsində bu müraciətin zarafat olduğunu, sadəcə “onu bezdirən sinif yoldaşını trollamaq” istədiyini deyib.

Hadisə ilə bağlı araşdırma aparılır və şagirdin davranışı təhlükəli hesab olunub.

Qeyd edək ki, daha əvvəl ABŞ-də yaşlı bir qadın ChatGPT-dən istifadə edərək lotereyada 1,7 milyon dollar qazanmışdı. O, neyroşəbəkədən qalib gəlmək üçün nömrələr seçməsini xahiş etmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: ChatGPT,Florida ,Məktəbli,Todaypress.tv,