Mirzoyan: "Türkiyə ilə dialoq effektiv və davamlıdır"

Dünya

18.10.2025 15:45

Türkiyə ilə müxtəlif səviyyələrdə – liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar arasında dialoq yaxşı gedir.

TodayPress TV "DW"yə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, bu dialoq əvvəlcə heç bir ilkin şərt olmadan başlayıb və hazırda davam edir.

Nazir, həmçinin sərhədin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı heç bir əsas maneənin olmadığını bildirib.

Ermənistan-Türkiyə sərhədinin açılması, dəmir yolu əlaqələrinin bərpası və birbaşa ticarətin yenidən başlaması üçün Türkiyə tərəfi də hazırdır və praktiki addımlar atır.

Mirzoyan hesab edir ki, qarşıdakı həftələr və aylar ərzində bu sahədə ciddi irəliləyiş mümkün ola bilər və məsələnin maksimum bir neçə ay ərzində həll olunacağı gözlənilir.

Jalə Rövşən

TodayPress TV

tag: Ararat Mirzoyan,Ermənistan XİN,Türkiyə,Sərhəd,Todaypress.tv,