Serbiyalı nazir canlı yayımda insult keçirdi

Serbiyalı nazir canlı yayımda insult keçirdi
08.08.2025 10:22 Dünya

Serbiyanın dövlət investisiyalar naziri Darko Qlisiç avqustun 5-də səhər proqramında canlı yayım zamanı halını itirib.

TodayPress TV xəbər verir ki, o, danışmaqda çətinlik çəkib və üzünün bir hissəsi uyuşub. Qlisiç dərhal xəstəxanaya aparılıb.

Həkimlər onun vəziyyətinin ağır olduğunu, lakin insultun vaxtında aşkarlandığını bildiriblər. Serbiya Prezidenti Aleksandr Vuçiç onu xəstəxanada ziyarət edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər