Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!”

Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!”
20.08.2026 13:20 Dünya

Müxalifətdəki “Güclü Ermənistan” partiyasının lideri və iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkənin vətəndaşlığından imtina etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, Karapetyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Niyə Paşinyandan niyə Ermənistan vətəndaşlığından imtina etmədiyini soruşmursunuz? O, bu ölkəyə çox bəla gətirib; qoy bundan imtina etsin. Bu sualı da ona verin", - deyə o bildirib.

Qeyd edək ki, Karapetyan aprelin 15-də keçirilən məhkəmə iclasında Ermənistan vətəndaşlığı istisna olmaqla, digər vətəndaşlıqlarından imtina prosesinə başladığını açıqlayıb.

İyunun 3-də isə partiyanın idarə heyətinin üzvü Narek Karapetyan onun Rusiya və Kipr vətəndaşlığından imtina prosesinin başladığını və bunun Ermənistanın yeni baş nazirinin andiçmə mərasimindən əvvəl tamamlanacağını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər