“Şahid”lər geridə qalır: Rusiya yeni raket hazırlayır

    “Şahid”lər geridə qalır: Rusiya yeni raket hazırlayır
15.09.2026 20:09 Dünya

Rusiya “Şahid” PUA-larından sonra istifadə edə biləcəyi yeni qanadlı raketlər hazırlayır.

TodayPress TV xəbər verir ki, ukraynalı hərbi ekspert Sergey “Fleş” Beskrestnovun sözlərinə görə, yeni raketlərin sürəti təxminən 750 km/saat olacaq və onlar aşağı hündürlükdə uçacaq. Bu xüsusiyyətlər raketlərin aşkarlanmasını və havada məhv edilməsini çətinləşdirə bilər.

Bildirilib ki, Rusiya yeni raketləri təxminən 6 ay ərzində silahlanmaya qəbul edə bilər.

Beskrestnovun sözlərinə görə, bu raketlər “Şahid”lərin istifadəsindən sonra Rusiyanın zərbə imkanlarının növbəti mərhələsi ola bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər