Rusiya “Sərhədsiz Reportyorlar”ı arzuolunmaz təşkilatlar siyahısına saldı

Dünya

14.08.2025 23:00

Rusiya Ədliyyə Nazirliyi beynəlxalq QHT olan “Sərhədsiz Reportyorlar” təşkilatını “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.

TodayPress TV xəbər verir ki. bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 1985-ci ildə yaradılan və qərargahı Parisdə yerləşən təşkilatın bəyan edilmiş məqsədləri senzura ilə mübarizə aparmaq, peşə fəaliyyəti səbəbindən həbs olunan jurnalistləri müdafiə etmək və “mətbuat azadlığının düşmənləri” siyahısını aparmaqdır.

tag: Rusiya, Ədliyyə, QHT, Sərhədsiz Reportorlar, Arzyolunmaz Təşkilatlar, todaypress.tv,