Rusiya “Terminator”un adını dəyişir

Dünya

02.06.2025 05:00

Rusiyanın “Rostex” konserninə daxil olan “c” (UVZ) tankların döyüş dəstək maşını olan “Terminator”un adını dəyişmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti "TASS" agentliyinə məlumat verib.

Konserndən bildirilib ki, bir çox tarixçilər və hərbi ekspertlərin fikrincə, “Terminator” adı Rusiya hərbi texnikasının adlandırılması ənənələrinə uyğun gəlmir.

“Bu ad təxminən 10 il əvvəl təsadüfi şəkildə ortaya çıxmış və KİV-lərdə geniş yayılmışdı”, – deyə məlumatda qeyd olunur.

Yeni adın seçilməsi üçün xalq səsverməsi keçiriləcək. 1 iyula qədər vətəndaşlar öz təkliflərini zavodun elektron poçt ünvanına göndərə bilərlər. Ən uğurlu variantlar daha sonra konsernin “Telegram” kanalında səsverməyə çıxarılacaq.

Yeni adın təqdimatı “Ordu-2025” Beynəlxalq Hərbi-Texniki Forumu çərçivəsində baş tutacaq.

Töhfə Səməd

tag: Rusiya ,Rostex,Uralvaqonzavod,Terminator,todaypress.tv,