İrandan ABŞ-yə sərt cavab: Hörmüz boğazı bağlana bilər
Dünya
22.06.2025 18:15
İranın birpalatalı parlamenti ABŞ-nin ölkədəki nüvə obyektlərinə endirdiyi zərbələr fonunda strateji əhəmiyyət daşıyan Hörmüz boğazının bağlanmasını zəruri hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü İsmail Kosari "Press TV" telekanalına açıqlama verib.
"Parlament belə qənaətə gəlib ki, Hörmüz boğazı bağlanmalıdır. Lakin bu məsələ ilə bağlı yekun qərarı İranın Ali Milli Təhlükəsizlik Şurası verəcək", – deyə deputat bildirib.
Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətində əsas nəqliyyat arteriyalarından biri hesab olunur və onun bağlanması qlobal enerji bazarlarında ciddi gərginliyə səbəb ola bilər. İranın bu addımı regionda və beynəlxalq miqyasda vəziyyətin daha da kəskinləşməsi ehtimalını artırır.
Töhfə Səməd
tag: İran,Parlament,ABŞ,Nüvə,Hörmüz boğazı,todaypress.tv,