Putin Ukraynada münaqişənin həlli üçün şərtləri açıqladı
Dünya
21.06.2025 12:40
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna böhranının həlli üçün ölkənin neytral statusu və nüvə silahına sahib olmasının qarşısının alınması vacibdir.
TodayPress TV xəbər verir ki, bu barədə o, Birləşmiş Ərəb Əmirliklərinin “Sky News Arabia” telekanalına verdiyi müsahibədə danışıb.
"Ukraynanın neytrallığı, hər hansı xarici ittifaqlara qoşulmaması və nüvə silahı əldə etməsi ehtimalının istisna edilməsi zəruridir", - deyə Putin qeyd edib.
Onun fikrincə, bu tələblər regionda uzunmüddətli sabitliyin əsasını təşkil etməlidir. O, əlavə edib ki, bu və digər şərtlərin – o cümlədən Donbas və Novorossiya üzərində Rusiyanın suverenliyinin tanınmasının – rədd edilməsi gələcəkdə silahlı qarşıdurmanın yenidən başlaya biləcəyi anlamına gəlir.
Töhfə Səməd
tag: Rusiya ,Vladimir Putin,Ukrayna,Sülh,todaypress.tv,