Rusiya ATƏT-in dialoq və əməkdaşlıq platforması rolunu bərpa etmək istəyir

Dünya

31.12.2025 11:05

Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) yeni daimi nümayəndəsi Dmitri Polyanski ATƏT-i əvvəlki məqsədinə qaytarmaq üçün çalışacağını bildirib.

TodayPress TV  xəbər verir ki, bu barədə o, “TASS” agentliyinə müsahibədə məlumat verib.

"Mən təşkilatın, əsasən Avropada təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlıq platforması kimi ilkin məqsədinə qaytarılmasına çalışacağam. Baxmayaraq ki, hazırda dinc yanaşı yaşama prinsipinin təsdiqlənməsinə nail olmaq daha vacib olardı", - deyə Polyanski bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin 29 dekabr 2025-ci il tarixli sərəncamı ilə Polyanski Rusiyanın ATƏT yanında Vyanadakı daimi nümayəndəsi təyin edilib. Diplomat 2018-ci ildən etibarən Rusiyanın BMT yanında Nyu-Yorkdakı daimi nümayəndəsinin birinci müavini vəzifəsində çalışıb.

Aysel Mətləb

TodayPress TV 

tag: Rusiya,ATƏT,Bərpa,Əməkdaşlıq,Todaypress.tv,