Rekord sayda nümayəndə heyəti ABŞ-dən İsrailə gedir
Dünya
07.09.2025 22:34
ABŞ-nin 250 nəfərlik qanunverici heyəti gələn həftə İsrailə səfər edəcək. Bu, ölkəyə gələn ən böyük seçilmiş rəsmilər qrupu olacaq.
TodayPress TV xəbər verir ki, hər ştatdan beş nəfər olmaqla iki partiyadan ibarət nümayəndələr ilk dəfə İsraili ziyarət edəcəklər.
Onlar Baş nazir Benyamin Netanyahu, prezident İshaq Hersoq, xarici işlər naziri Gideon Saar və Knesset sədri Amir Ohana ilə görüşlər keçirəcək.
Səfər proqramına ölkə üzrə gəzinti, Qəzza sərhəd bölgəsinə səfər və ağacəkmə aksiyası daxildir. İsrail XİN bildirir ki, bu səfər strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu ziyarət İsrailin ilin sonuna qədər 400-ə yaxın xarici nümayəndə heyətini qəbul etməyi nəzərdə tutan geniş kampaniyasının bir hissəsidir.
Qiymət Mahir
tag: İsrail,ABŞ,Nümayəndə,Benyamin Netanyahu,Todaypress.tv,