Qazaxıstan və Rusiya AES-in tikintisinə başladı
Qazaxıstan və Rusiya Almatı vilayətinin Ülkən kəndi yaxınlığında yerləşəcək atom elektrik stansiyasının (AES) tikintisinə başlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev bildirib.
“Biz Qazaxıstanda atom elektrik stansiyasının yaradılması layihəsinin real icrasına başlayırıq”, - deyə o açıqlayıb.
Bildirilib ki, tikintinin ilkin mərhələsi tədqiqat və mühəndislik işlərini əhatə edir.
Qeyd edək ki, layihənin start mərasimi Aleksey Lixaçev və Qazaxıstan Atom Enerjisi Agentliyinin rəhbəri Almasadam Satkaliyevin iştirakı ilə baş tutub.
Aysel Mətləb