Qazaxıstan 2026-cı ildə AİB-ə sədrlik edəcək
Dünya
01.01.2026 10:47
2026-cı ildə Avrasiya İqtisadi Birliyinə (AİB) sədrlik Belarusdan Qazaxıstana keçəcək.
TodayPress TV xəbər verir ki, Astana sədrliyi dövründə Avrasiya iqtisadi inteqrasiyasını dərinləşdirməyi, rəqəmsal texnologiyaların inkişafını sürətləndirməyi və iqtisadiyyatın, eləcə də dövlət idarəçiliyinin əsas sahələrində süni intellekt (AI) tətbiqini genişləndirməyi planlaşdırır.
Bildirilib ki, əsas prioritetlərdən biri “Süni İntellekt Dövründə Qazaxıstan” konsepsiyası olacaq. Bu çərçivədə AI-nin istehsal proseslərinə tətbiqi, biznesin səmərəliliyinin artırılması və rəqəmsal həllər vasitəsilə dövlət idarəetmə sisteminin optimallaşdırılması nəzərdə tutulur.
Sədrlik dövründə Ali Avrasiya İqtisadi Şurasının iclasının 28-29 may 2026-cı il tarixlərində Astanada, Avrasiya Hökumətlərarası Şurasının iclasının isə Qazaxıstanın Şımkent şəhərində keçirilməsi planlaşdırılır.
Aysel Mətləb
tag: Qazaxıstan,Avrasiya,Sədr,AİB,Todaypress.tv,
