Putin atəşkəs elan edəndən sonra Ukraynaya zərbələr endirildi - VİDEO

Putin atəşkəs elan edəndən sonra Ukraynaya zərbələr endirildi - VİDEO
05.09.2026 22:47 Dünya

Rusiya Prezidenti Vladimir Putin atəşkəs məsələsi ilə bağlı həm kəşfiyyat, həm də xarici işlər səviyyəsində rəsmi müraciət aldıqlarını və bununla bağlı qərar qəbul etdiklərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Putinin bu açıqlamasına baxmayaraq, Rusiya ordusunun Ukraynanın Zaporojye, Xarkov və Kiyev vilayətlərinə zərbələr endirdiyi bildirilir.

Zaporojyedə pilotsuz uçuş aparatının çoxmənzilli binaya çırpıldığı, şəhər və vilayətdə baş verən hücumlar nəticəsində 10-dan çox şəxsin yaralandığı qeyd olunur.

Bundan əlavə, Xarkov vilayətinin Çuhuiv şəhərində 3, Kiyev vilayətinin Borispol şəhərində isə 2 nəfərin öldüyü bildirilir.

Beləliklə, Moskvanın atəşkəslə bağlı açıqlamasından sonra Ukraynada yeni hücumların qeydə alınması vəziyyətin hələ də gərgin olaraq qaldığını göstərir.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər