Qəzzada 50 min qadın aclıqla mübarizə aparır

Dünya

09.07.2025 12:09

BMT-nin Əhali Fondunun (UNFPA) Ərəb Dövlətləri üzrə Regional Ofisi Qəzza zolağında hamilə qadınların, anaların və körpələrin son dərəcə ağır şəraitdə yaşadığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qəzzada 50 min hamilə və süd verən qadın günlərlə yemək yemədən yaşayır, körpələr isə çox erkən və çox kiçik doğulur. Ana və uşaq sağlamlığı ciddi təhlükə altındadır.

UNFPA qeyd edib ki, İsrailin humanitar yardımları məhdudlaşdırması nəticəsində analar ciddi qida çatışmazlığı ilə üzləşir. Körpələr üçün formul qidaları da tükənib. Bu da yeni doğulanların ölüm riskini və uzunmüddətli sağlamlıq problemlərini artırır.

Xatırladaq ki, mart ayından etibarən Qəzzaya giriş çıxış məhdudlaşdırılıb və bu da bölgədə humanitar fəlakəti dərinləşdirib. İsrail ordusunun mülki infrastrukturu və məcburi köçkünləri sistematik şəkildə hədəf aldığı, aclıqla mübarizə aparan fələstinlilərin humanitar yardım bölgələrinə yaxınlaşarkən belə hücuma məruz qaldığı bildirilib.

Türkan İsgəndərli

tag: BMT,Qəzza,Aclıq,Qida,Todaypress.tv,